Cah Xalib: " “Jara” festivaldakı ab-hava çox gözəldir"
Tarix: 30-07-2018, 10:55



“Jara” kimi möhtəşəm tədbirlər xalqları bir-birinə daha da yaxınlaşdırır. Festivaldakı ab-hava çox gözəldir.
UlduzumSan.Az-ın məlumatına görə, bu sözləri jurnalistlərə müsahibəsində “Jara-2018” festivalının iştirakçısı, Cah Xalib adı ilə tanınan məşhur rep ifaçısı, prodüser və müğənni Bəxtiyar Məmmədov deyib.
Məşhur reper belə bir gözəl festivalın Bakıda keçirilməsindən qürur duyduğunu söyləyib. Festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirən Cah Xalib buradakı müsbət emosiyaların ətrafa şəfəq saçdığını vurğulayıb.

Paylaş: