Stas Pyexa 14 ildən sonra Bakıda
Tarix: 28-07-2018, 15:39



"Jara" festivalı təşkilatçılığın yüksək səviyyədə olduğu, həvəskar və populyar müğənnilərin qatıldığı, geniş auditoriyaya malik möhtəşəm musiqi tədbiridir.
Bunu Trend-ə “Jara” festivalında ilk dəfə iştirak edən Rusiyanın tanınmış müğənnisi Stas Pyexa deyib.
S.Pyexa bildirib: "Bu festival bütün musiqi tədbirləri içərisində birinci olmağa layiqdir. Mənə hətta burada gül də hədiyyə etdilər (gülür). 14 ildən sonra mən Bakıdayam. Sözün düzü, buranı başqa cür təsəvvür edirdim. Azərbaycanın paytaxtı dünyanın böyük şəhərlərini xatırladır, burada arxitektura, muzeylər və qonaqpərvərlik var. Məmnuniyyətlə burada solo-konsert verərdim".
Qeyd edək ki, Bakı üçüncü ildir ki, “Jara” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir.
Bu gün festival çərçivəsində “Leninqrad” qrupu konsert proqramı təqdim edəcək. Eləcə də A`Studio, Dan Balan, Elvira T, Jah Khalib, MONATIK, MOZGI, Aleks Malinovski, Aleksandr Panayotov, Aleksandros Tsopozidis, Aleksey Çumakov, Ani Lorak, Band`Eros, Qlyuk’oza, Qriqori Leps, Djiqan, İrina Dubtsova, Karina Xvoynitskaya, Kravts, Lolita, Mari Kraymbreri, Nastasya Samburskaya, Slava, Timur Rodrigez, Yulianna Karaulova, Yuliya Kovalçuk və başqaları çıxış edəcək.
İyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Habelə A`Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VİA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.


















Paylaş: