“Məni evinə qonaq apardı…” - Həbsdə olan müğənni
Tarix: 23-07-2018, 13:19



ARB TV-nin “Rezonans” verilişinin bu dəfəki qonağı müğənni Rasim Rzayev olub.  “Qafqazinfo” xəbər verir ki, cəzası 7 il olan musiqiçi həbsə düşməsindən danışıb:
“Musiqiçiyəm. Kəndlərdə toylara gedirdim. 20 yaşımdan bu sənətdəyəm. Azərbaycanda tanınmış müğənnilərlə işləmişəm. Anlaşılmazlıq üstündən tutuldum. 3 il həbs edildim. Daha sonra restoranların birində muğam ifa edərkən ifam bir nəfərin xoşuna gəldi. Bir neçə ifadan sonra masaya dəvət etdi və söhbətləşdik. Sonra axşam bu məni evinə qonaq apardı. Sonra siqaret və içki almaq lazım olanda maşının açarını mənə verdi. Yaxınlıqdakı dükandan alıb qayıdanda maşının arxa hissəsini vurdum.
Səhər ayılanda boynundan atdı və məni şikayət etdi. Bir neçə dəfə razılaşdıq, pulu ödədim. Polis də bildi durumu. Məhkəmə də buraxdı. Üstündən 10 ay keçdikdən sonra yenə məhkəməyə çağırdılar və həbs olundum. 2008-ci ildə ilk dəfə tutulanda ailəm dağıldı. İçki aludəçisi olduğum üçün ailəm dağıldı. Yanıma heç kim gəlib-getmir. Qardaşımı, anamı, uşaqlarımı, yoldaşımı çox üzdüm. Onların mənə etdiyi köməkliklərə qiymət vermədim. Elədiklərim üçün çox peşmanam. Deyilənlərə fikr verməmişəm”.



Paylaş: