"Qızımı avtobusa mindirməmişəm" sözləri Fatimənin başına bəla oldu
Tarix: 23-07-2018, 12:52



Rəqqasə Fatimə Fətəliyevanın "Qızımı avtobusa mindirməmişəm, maşınla məktəbə gedib" sözləri sosial şəbəkədə tənqidlərə səbəb olub. 

Axşam.az-ın məlumatına görə, bir çoxları sənətçinin avtobusa minən insanları təhqir etdiyini yazıblar. Fatimə ünvanına yazılan sərt sözlərə cavab verib:

"Mənim sözüm niyə belə birmənalı qarşılanır? Hamınız başlayırsız topa tutmağa. Nə mən, nə də övladım xalq düşməniyik. Övladımı elə bir əziyyətlə, zəhmətlə böyütmüşəm ki, bir bilsəniz. Qınamayın. "Üfürə-üfürə" dediyim sözüm odur ki, uşaqlıqdan ali savad alana kimi onu qorumuşam. Çünki şou-biznesdə uşaq saxlamaq çətindir. Sənət adamları anlayar ki, analıq hissi bizim üçün ikiqat çətindir. Xahiş edirəm sözlərimi əlinizdə bayraq etməyin, birmənalı qarşılayan dırnaqarası tamaşaçılar. Mən heç bir övladı aşağılamıram. 

Hamının övladı necə, mənim də övladım elə. Mənim üçün sizlərin övladı da mənim övladımdır. Buna nümunə olaraq, hər xınasını yaxdığım qız övladına deyirəm, qızıma nə arzulayıramsa, sizə də arzulayıram, sizlər də mənim balamsız. Sevinməyin Fatimədə səhv tapdıq, topa tutaq. 

“Avtobus” söhbətini qlobal problemə çevirməyin. Bəsdirin... Danışdığım mövzu başqadır. Sizlər niyə mövzunu dəyişirsiz axı? Qızımı təhqir ediblər. Bundan söhbət edirəm. Hansı ana istəyər ki, övladına kimsə əl qaldırsın? Hansı xanım istəyər ki, onun nəslindəki kişiyə desinlər, ailəndə kişi yoxdur. Yazanda və müzakirə edəndə bunu edin, başqa dəxlisiz mövzulara toxunmayın. Məni də, ailəmi də bilən bilir. Məni tamaşaçımın gözündən salmaq lazım deyil".

Qeyd edək ki, Fatimə İnstaqramda canlı yayıma girib, müğənni Xatun Əliyeva ilə aralarındakı qalmaqaldan danışıb. Bu zaman rəqqasə qızı Aydanı ifaçının təhqir etdiyini söyləyib. Fatimə "Mənim qızım avtobusa minməyib, maşınla gedib-gəlib. Onu üfürə-üfürə böyütmüşəm. Tərbiyyəsi, ağlı yerindədir" sözlərini söyləyib. Onun bu fikirləri birmənalı qarşılanmayıb. İzləyicilər Fatiməni "Avtobusla getmək tərbiyəsizlikdir? Avtobusla gedən tərbiyəsiz olur? Uşağını sevməyən onu avtobusla yola salır?" kimi sözlərlə qınayıblar. 

VİDEO BURADA​​​

Paylaş: