Bakıda 18+ tamaşa göstəriləcək
Tarix: 23-07-2018, 10:41



ADO ölkənin ilk 18+ tamaşası olan "MimOda"nı təkrar nümayiş etdirəcək.
 
Tamaşa iyulun 24-ü saat 20-də ADO teatrında göstəriləcək. Tamaşadakı rolları fransız aktrisa Elsa Furtado və azərbaycanlı aktyorlar Elmin Bədəlov, Sabir Vol Məmmədov canlandırır.
 
Tamaşanın rejissoru İmam Həsənovdur.
 
Xatırladaq ki, İdeyası ADO-ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və tamaşa teatr mühitində birmənalı qarşılanmayıb.

Paylaş: