Səmra “Pencək”də soyundu: Erotik klip qalmaqal yaratdı
Tarix: 21-07-2018, 09:55



Azərbaycanlı müğənni Səmra Rəhimli hamının maraqla gözlədiyi “Pencək” (“Пиджак”) mahnısına çəkilmiş açıq-saçıq klipini təqdim. Kompozisiyanı Səmraya Azərbaycanın xalq artisti Emin Ağalarov hədiyyə edib.
Müğənni Sputnik Azərbaycan-a bildirib ki, mahnının musiqisi Vladislav Borisoviç Sudakov, sözləri isə Pavel Li Metsə məxsusdur. Səmra qeyd edib ki, Kiyevdə çəkilişləri aparılan klipdən böyük həzz alıb. 
“Bir dəfə çox qeyri-adi hədiyyə aldım. Bu, “Pencək” mahnısıdır. Bu gün həmin mahnıya yeni həyat verildi. Mən onu sizinlə bölüşməkdən xoşbəxtəm. Emin, bu mahnıya görə sizə dərin təşəkkür edirəm. Mənim üçün çox vacib olan layihəni həyata keçirməyə kömək edən bütün şəxslərə də təşəkkür edirəm”- deyə Səmra bildirib.
Müğənni klipi sosial şəbəkədəki səhifəsində yerləşdirən kimi tənqid hədəfinə çevrilib. İzləyicilər klipi Azərbaycan şou-biznesi üçün hədən artıq açıq-saçıq hesab ediblər. Amma müğənnini qeyri-adi eksperimentə görə dəstəkləyənlər də tapılıb.
Səmra Rəhimli uşaq yaşlarından oxuyur. O, "Azərbaycanın səsi" milli vokal müsabiqəsində iştirakdan sonra məşhurlaşıb. Bundan sonra onu "Avrovizion" beynəlxalq mahnı müsabiqəsində çıxış üçün seçiblər. Hazırda o, yeni layihələr üzərində çalışır.





Paylaş: