Nazpəri Dostəliyeva necə "fəlsəfə doktoru omasından" DANIŞDI: “Maraqlı faktlar...”
Tarix: 20-07-2018, 17:44



Xəbər verdiyimiz kimi, Xalq artisti Nazpəri Dostəliyevanın fəlsəfə doktoru elmi ad alması ilə bağlı müzakirələr səngimək bilmir.
Publika.az xəbər verir ki, jurnalistlərin telefonlarına cavab verməyən Xalq artisti nəhayət ki, İnstaqramda mövzuya aydınlıq gətirib:
“Aşıq sənəti ilə bağlı elmi iş (fəlsəfə doktorluğu) müdafiə etməyimdən narahat olanlar və sevinənlər... Bildirmək istəyirəm ki, Şamaxının, həmçinin Şirvan elinin məşhur aşıqlarından olan aşıq Əhmədəlinin ailəsində dünyaya göz açmışam. Uşaq yaşlarımdan evimdə saz, söz, sənət və sənətkarlar görmüşəm. Bu baxımdan düşünürəm ki, aşıq sənəti ilə bağlı götürdüyüm elmi iş həm də mənim atam və onun ustad həmkarları qarşısında mənəvi borcumdur.
Nə zamansa bəhrələndiyim sənətkarların haqqını verməli idim. Bir daha xatırladıram ki, mən bənna, sürücü, rəqqas, müəllim yox, məhz aşıq qızıyam. Mövzu barədə yaxın günlərdə ilk dəfə maraqlı faktlar açıqlayacağam”.
Xatırladaq ki, bir neçə gün əvvəl Xalq artisti Nazpəri Dostəliyeva instaqram səhifəsində “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi aldığını elan edib. Bu məlumatlar sosial şəbəkələrdə birmənalı qarşılanmamaqla bərabər, həm də müəyyən şübhələrə yol açıb. Çünki Ali Attestasiya Komissiyasının elmi dərəcələrlə bağlı təqdim etdiyi diplomların şəkillərinə baxdıqda məlum olur ki, Nazpəri Dostəliyevanın sosial şəbəkələrdə paylaşdığı foto, sadəcə, möhürsüz arayışdır.
Arif Quliyev “Əgər etirazını bildirməsə, mən də başqa cür hərəkət edəcəyəm. Oradakı imza da saxtadır, mənim deyil. Blankın özü də Ali Attestasiya Komissiyasının blankı deyil. Bizim blankımız, üzərindəki yazı dəst-xəttimiz başqa cürdür” , - deyə bildirib.

Paylaş: