Azərbaycanlı modelin eks-əri Adnan Oktardan danışdı
Tarix: 20-07-2018, 13:04



Azərbaycanlı model Günay Musayevanın Amerikada yaşayan eks-əri Tolqa Karel səssizliyini pozub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Yaprak dökümü” serialı sayəsində məşhurlaşan aktyor Amerikada yaşamasına baxmayaraq, ölkə gündəmini yaxından təqib etdiyini deyib. Karel bu dəfə sosial şəbəkədə Adnan Oktara qarşı aparılan əməliyyatla bağlı fikir bildirib:
“Son dövrdə dövlətimizin din üzərindən ticarət edən, dinimizi mənfəət məqsədlər üçün istifadə edən bir sıra qrup və təriqətlərə qarşı aparılan əməliyyatları dəstəkləyirəm. İnşallah davamı gələr və sərbəst şəkildə hər kəsin inancını yaşaya biləcəyi bir ölkə olarıq".
Qeyd edək ki, G.Musayeva Türkiyə mətbuatına verdiyi açıqlamalarda Tolqa Karelin oğlu Cahangirə atalıq etmədiyini və aliment ödəmədiyini söyləmişdi.








Paylaş: