"İlhamə xanımın Markiz adlı pişiyi vardı, onu çox sevirdi"
Tarix: 19-07-2018, 12:21



Əli Mirəliyev və Elgiz Əkbər mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı maraqlı fakt açıqlayıblar.

Əli Mirəliyev mərhum xalq artistinin Markiz adlı pişiyindən və ona olan sevgisindən danışıb:

“İlhamə xanımın Markiz adlı pişiyi vardı, onu çox sevirdi. Öləndən sonra onu bağıma apardım”.

Elgiz Əkbər İ.Quliyevanın dəfn mərasimində həmin pişiyin sahibəsinin ölümünü hiss etdiyini bildirib:

“İlhamə xanımı dəfn olunmaq üçün aparanda pişik bilmirdi nə etsin. Yadımdadır ki, bir dəfə xarici ölkədən gəlirdik. İlhamə xanım həmin pişiyi saxlamaq üçün sürücüsünə vermişdi. Mənə dedi ki, gedək pişiyi götürüm, sonra evə gedəcəm. Gəldik, o pişik binanın balkonunda oturub onu necə gözləyirdi. Balkondan İlhamə xanımın üstünə atıldı. Necə bir-birlərini qucaqlayırdılar, necə bir-birlərini öpürdülər. İlhamə xanım onu necə oxşayırdı”.

Paylaş: