Səmra fotoları ilə yenə gündəmə gəldi
Tarix: 19-07-2018, 10:39



Müğənni Səmra Rəhimli sosial şəbəkədə müzakirələrə səbəb olan fotolar paylaşıb. “Qafqazinfo” xəbər verir ki, 23 yaşlı ifaçının sözügedən açıq-saçıq fotoları yeni klipinin çəkilişində lentə alınıb. 
Səmra qeyd edib ki, Azərbaycan şou-biznesində belə bir klip indiyənədək olmayıb:
Özümdən razı olduğum üçün deyil, gördüyüm işlərin keyfiyyətinə güvənərək, əminliklə deyə bilərəm ki, bu formatda yerli şou-biznesdə beləsi olmayıb, ilk klip gəlir. Hazırsınız? Sizcə bu dəfə sizi nə kimi kliplər gözləyir?”.

Həmin şəkillər sosial şəbəkədəki bir çox səhifələrdə paylaşılıb və müğənni instaqram istifadəçiləri tərəfindən tənqid edilib. 
Səmra  bundan sonra daha bir foto paylaşaraq onu qınayanlara cavab verib: “Biz özümüz qərar veririk- azad olaq, ya başqalarının özünə maraqlı olduğu çərçivələr, sərhədlər içində yaşayaq. Mənim həyatım mənə məxsusdur, bəs sizin ki?”







Paylaş: