Adnan Oktara rəsmi ittiham elan olundu və həbsxanaya göndərildi
Tarix: 19-07-2018, 10:12



İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Adnan Oktar və qruplaşmasına qarşı aparılan istintaq istiqamətində saxlanılan 187 nəfərdən 182-si məhkəməyə çıxarılıb, 5-i isə polisdəki istintaqdan sonra sonra bəraət alıb.
FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, məhkəmə qarşısına çıxarılan 116 şübhəli haqqında "cinayət törətmək məqsədilə qruplaşma yaratmaq", "uşağın cinsi istismarı", "cinsi təcavüz", "şantaj", "ölkədən kənara külli miqdarda pul çıxarmaq", "zor və təhdid istifadə edərək şəxsi azadlığından məhrum etmə" cinayətlərindən həbs qərarı verilib. Həbs olunanlar arasında Adnan Oktar da var.

Bundan başqa, şübhəlilərdən 3-ü prokurorluq sorğularından sonra, 9-u isə məhkəmədə hakim tərəfindən sərbəst buraxılıb.
Məhkəməyə çıxarılan digər 54 şübhəlinin məhkəməsi davam edir.

Paylaş: