Sevadan Türkiyə şou-biznesini silkələyəcək yeni klip
Tarix: 19-07-2018, 09:40



Uzun fasilədən sonra  müğənni Seva (Sevinc Ağaşirinova)   Türkiyənin musiqi bazarına istiqamətlənmiş yeni klipini təqdim edib.
 
UlduzumSan.Az-ın məlumatına görə, ekran işi Türkiyənin məşhur "Netd Müzik" kanalında yerləşdirilib. 
 
Sözləri ifaçının özünə, musiqisi və aranjimanı  Marsel Gunga aid olan mahnını  Seva türk dilində oxuyub. Ekran işinin rejissorluğunu Shpend Haxha edib.
 
Qonşu ölkənin tanınmış "3 Adim Muzik" prodakşını ilə işbirliyinə başlayan müğənninin ilk layihəsi "Yak" olub.  
 



Paylaş: