Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur?
Tarix: 16-07-2018, 18:20



Məşhurların uşaqlarının məşğuliyyəti və peşələri hər kəs üçün maraqlıdır.

BiG.AZ şou-biznesin məşhur simalarının övladlarının peşəsini araşdırıb. Tanınmışların uşaqlarının əsl sənətini, ixtisaslarını təqdim edirik:

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva İstanbulda "Marketinq və xalqla əlaqələr" fakultəsini bitirib. Anası kimi müğənnilik edən gənc ifaçı bir neçə müsabiqələrdə də iştirak edib. Hazırda isə bloggerdir.


Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - SİYAHI+FOTOLAR

Diva Aygün Kazımovanın qızı İlqarə Kazımova isə anası kimi tanınmış müğənni olmaq istəyir. O, "Eurovision 2011" seçim turlarına qatılmış, finala qədər irəliləmiş, finalda isə məğlub olub.

Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - SİYAHI+FOTOLAR

Göyçək Fatimə qızını menecment kimi təqdim etsə də seçimi qızının öhdəsinə buraxıb. O, oğlunun incəsənət sahəsinə meylli olduğunu bildirsə də atasının qəti bu sahədən xoşu gəlmədiyini də qeyd edib.

Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - SİYAHI+FOTOLAR

Əməktar artist Dilarə Əliyevanın qızı Aytən Əliyeva BDU-nun Fəlsəfə fakültəsini bitirib. Hal hazırda oxuduğu fakültənin magistraturasında təhsilini davam etdirir. 

Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - SİYAHI+FOTOLAR

Nadir Qafarzadənin iki övladı da xaricdə təhsil alır. Böyük oğlu İsveçrənin Cenevrə şəhərindəki Avropa Universitetini bitirib gəlib. İkinci oğlu isə Moskvada Xalqlar Dostluğu Universitetində təhsil alır.
Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - SİYAHI+FOTOLAR

Aparıcı Xoşqədəm Hidayətqızının oğlu Zaur Qocayevin Londonda universitetlərdən birində təhsil aldığı bildirilir.

Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - SİYAHI+FOTOLAR

Meyxanaçı Namiq Mənanın oğlu Məna da atası kimi ifaçıdır. O, məclislərdə zaman-zaman meyxana desə də əsasən, mahnı oxuyur.

Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - SİYAHI+FOTOLAR

Əməkdar artist Elza Seyidcahanın oğlu Ələkbər də anası kimi incəsənəti seçib. Belə ki o, skripka ifaçısıdır.

Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - SİYAHI+FOTOLAR

Xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımova da atasının yolunu davam etdirir. Muğam ifaçısı olan F.Qasımova Əməkdar artist adına da layiq görülüb.
Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - SİYAHI+FOTOLAR

Xalq artisti Mələkxanım Əyyubovanın qızı Nəzrin də incəsənəti sevir. O, rəssamlıqla məşğuldur.

Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - SİYAHI+FOTOLAR

Əməkdar artist Ədalət Şükürovun qızı Jalə biznesi seçib. O, geyim mağazası açıb.

Qeyd edək ki, müğənni bir müddət əvvəl açıqlamasında qızının ən bahalı ətirləri Bakıya gətirən şirkətdə çalışdığını demişdi. Ə.Şükürovun övladı daha sonra aksessuar satışı ilə məşğul olurdu.

Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - SİYAHI+FOTOLAR

Paylaş: