“Jara” səhnəsindəki azərbaycanlılar
Tarix: 16-07-2018, 12:55



“Jara-2018” Beynəlxalq Musiqi Festivalının start götürməsinə sayılı günlər qalıb.  “Qafqazinfo” xəbər verir ki, iyulun 26-dan 29-dək davam edəcək musiqili gecədə çıxış edən azərbaycanlı məşhurların adları açıqlanıb. 
Xalq artisti Aygün Kazımova, Samir Bağırov, “Eurovision- 2018” təmsilçimiz Aysel Məmmədova, gənc ifaçı Cəmilə Haşımova (Jiva) , Rusiyada fəaliyyət göstərən müğənnilər Elman Zeynalov və Sultan Məşədiyev səhnədə çıxış edəcəklər. 
Qeyd edək ki, festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, Svetlana Loboda, Emin Ağalarov , A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, Nyuşa, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.









Paylaş: