Tanınmış amerikalı aktyor vəfat edib
Tarix: 14-07-2018, 14:22



Amerikalı tanınmış aktyor Rocer Perri 85 yaşında Kaliforniyada vəfat edib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən aktyor İndian-Uells şəhərində öz evində ölüb. 

Qeyd edək ki, Rocer Perri 57 film və serialda, o cümlədən “Çirkin eşq”, “Bədheybətlər ailəsi”, “Ulduz yolu” və digər ekran əsərlərində çəkilib. Aktyorun “Ulduz yolu” (Star Trek) filmində kapitan Con Kristofer rolu xüsusilə məşhurdur.

Paylaş: