Ani Lorak: "Azərbaycanı çox sevirəm"
Tarix: 28-07-2017, 10:44


“Jara-2017” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Bakıya gələn Ukraynanın xalq artisti Ani Lorak Bakı haqqında təəssüratlarını bölüşüb. 

Ulduzumsan.Az-ın məlumatına görə, jurnalistlərə açıqlama verən ifaçı bunları deyib: "Bakı haqqında çox gözəl təəssüratlarım var. Şəhərinizi çox sevirəm. İnsanlarınız çox qonaqpərvər və mehribandırlar. Mətbəxiniz isə başqa bir aləmdir. Çox xoşbəxtəm ki, belə bir festival keçirmək imkanı yaranıb və burada iştirak edə bilirik. Tamaşaçılarla görüşü həvəslə gözləyirəm. Biz onlara musiqi sürprizi hazırlamışıq. Görüş sevincini yaşayıram. Hamıya bu festivalda yaxşı vaxt keçirməyi arzulayıram”.

Paylaş: