Aparıcı Könül ikinci dəfə ailə quracaq
Tarix: 13-07-2018, 15:40



Lider televiziyasının tanınmış aparıcısı Könül Muxtarova ikinci dəfə ailə qurmasından danışıb.

BiG.AZ xəbər verir ki, "Lider Maqazin" verlişinin qonağı olan aparıcı şəxsi həyatı ilə bağlı özəl açıqlamalar verib:

"Əvvəllər deyirdim ikinci dəfə ailə qurmaram. Amma indi deyirəm ailə quracam. İstəyirəm deyə yox, amma mütləq olacaq. Düşünürəm ki, nə vaxtsa o da qismət olacaq, mən o insanın adın rahatlıqla çəkə biləcəm" 

Xatırladaq ki, Könül Muxtarova aktyor Elçin Məmmədovla 2012-ci ildə ailə qurub. 2015-ci ildə isə evliliklərinə son veriblər. Cütlüyün İnci adlı bir qız övladı var.

Sözügedən kadrları təqdim edirik:

VİDEO BURADA​​​

Paylaş: