Kamran Həsənli: "Hüseyn Dərya boks əlcəkləriylə gəlib Elşad Xoseni gözləyirdi"
Tarix: 12-07-2018, 12:39



Kamran Həsənli aparıcısı olduğu "Onda başladıq" verilişində qısqanclıq və paxıllıqdan danışıb.
 "Ölkə.Az"ın məlumatına görə, aparıcı illər öncə ATV kanalında yayımlanmış "Kontrakt" layihəsi barədə danışarkən bəzi pərdəarxası məqamlara da aydınlıq gətirib: 
""Kontrakt" əla layihə idi. İlk qonağımız repçi Elşad Xose olmuşdu. Şərtlərə əsasən Elşad Xose ya rəhmətlik Hüseyn Dərya ilə boks yarışına çıxmalıydı, ya da  saçı kəsilməliydi. Hətta Hüseyn Dərya da boks əlcəkləri ilə gəlib çəkiliş meydançasında gözləyirdi. Amma tamaşaçılar Elşadın saçının kəsilməsinə səs verdilər. Maştağalı bərbər Rafiq də gəldi, Elşadın saçını qırxdı".
K.Həsənli layihənin efirə getməyən hissəsi barədə də söz açıb:.
"Növbəti qonaq Röya olmalıydı. Röya üçün isə şərt Primadonna tatusu vurdurması idi. Ancaq sonradan qısqanclar, paxıllar elə etdilər ki, proqramı əlimdən aldılar. Sonrası isə heç  kimin yadında deyil".

Paylaş: