Kusturitsa Lermontovun romanından film çəkəcək
Tarix: 12-07-2018, 11:24



Məşhur rejissor Rusiya haqqında film çəkəcək.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, serb rejissor Əmir Kusturitsa Rusiya haqqında film çəkməyi düşünür.
Film Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsəri əsasında çəkiləcək.
Kusturitsa yazıçı haqqında bunları söyləyib:
“Mən çoxdandır Lermontova pərəstişkarlıq edirəm. Birinci dəfə “Zəmanəmizin qəhrəmanı” romanını oxuyanda anladım ki, burdakı hadisələr hər dəfə Rusiyada təkrarlanır və əsər həmişə təzə qalır. Bu möcüzəli romandı”.
Bundan əvvəl Dostoyevskinin əsərləri əsasında film çəkəcəyini söyləyən rejissorun planında Qırğızıstan haqda da film çəkmək istəyi var. Bu film isə Çingiz Aytmatovun əsərləri əsasında hazırlanacaq.

Paylaş: