"Nəyimə lazımdır kim kimi qırır, kim kimi öldürür? "
Tarix: 12-07-2018, 10:00



Xalq artisti Zümrüd Məmmədova qalmaqalla gündəmə gələn müğənniləri tənqid edərək onlara çağırış edib.
Yenicag.az-a açıqlama verən illərin sənətçisi camaatın qalmaqaldan bezdiyini deyib:
“Nə qədər dava-dalaş etmək olar? Xüsusən də, son vaxtlar hansı telekanalı açırsan, görürsən müğənnilər bir-birini qırır. Əsəbdən bir gün bunları ya infarkt vurub öldürəcək, ya da beyinlərinə qan sızacaq. Beş günlük dünyadır, özünüzü niyə öldürürsünüz? Başınızı salın aşağı, sənətinizlə məşğul olun. Onların əlindən televizora da baxa bilmirəm. Hara gedirəm camaat məndən soruşur ki, bunlar niyə bir-birini biabır edir, dalınca danışır, söyür? Deyirəm, vallah, heç mən də bilmirəm. Çünki qalmaqal görən kimi televizoru keçirirəm. Nəyimə lazımdır kim kimi qırır, kim kimi öldürür? Əsəblərimi korlamaq istəmirəm, çünki görüb əsəbiləşirəm. Ümumiyyətlə, əvvəldən dedi-qodu, qalmaqalla gündəmdə qalmağın əleyhinəyəm. İnsanlar məni qalmaqalla tanımayıblar və belə vəziyyətdə görməyiblər. Heç görməyəcəklər də”.
Xalq artisti hər verilişə də getmədiyini bildirib:
“Sağ olsun aparıcılar, xasiyyətimi bildikləri üçün məni hər verilişə dəvət etmirlər. Çağıranda da sənətimlə bağlı sual verirlər. Bəzən kimsə qalmaqala çəkmək istəyir, nəsə deyir. Səsimi çıxarmıram”.

Paylaş: