Günel nikahdankənar uşaq dünyaya gətirməsindən danışdı
Tarix: 11-07-2018, 17:22



Müğənni Günel Ələkbərova nikahsız övlad dünyaya gətirməsinə münasibət bildirib.
UlduzumSan.Az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi bu haqda “10-dan sonra” verilişində danışıb. O, aparıcı Yusif Ağayevin “Övladın haqda çox söhbətlər gəzdi. Nikahsız uşaq dünyaya gətirdin” sözlərinə belə cavab verib:

“Allaha şükür olsun ki, hər şey yaxşıdır. Mənə görə heç kim narahat olmasın. Qızımın anası da, atası da yanındadır. Ən azından bunu dostlarım bilir”.

Paylaş: