Alla Puqaçovanın nəvəsi evləndi, ulduzların Bakıya axını ləngidi
Tarix: 27-07-2017, 16:55


Alla Puqaçovanın ilk nəvəsi Nikita Presnyakov Alyona Krasnova ailə qurub. Virtualaz.org xəbər verir ki, Moskvanın Barvixa qəsəbəsində baş tutan nikah mərasimində Rusiya şou-biznesinin əksər ulduzları iştirak ediblər.
Toyun baş tutacağı tarix hələ bu ilin yazından məlum idi. Mərasimə 150-dən çox qonaq dəvət alıb. Onların arasında bəyin nənəsi Alla Puqaçova, valideynləri – Kristina Orbakayte, Vladimir Presniyakov, bacı-qardaşı - Deni Baysarov, Klava Zemtsova, o cümlədən, Maksim Qalkinlə Alla Puqaçovanın övladları Liza və Harri Qalkinlər iştirak ediblər.
Maraqlıdır ki, bəyin anası Kristina Orbakayte, Alla Puqaçova və Maksim Qalkin toy mərasimi səbəbindən Bakıda keçirilən “Jara” Musiqi Festivalının açılış mərasiminə qatıla bilməyiblər. Onlar Bakıya bir gün sonra – toyun səhəri günü gələcəklər.

Paylaş: