Bu, mənə qarşı gülməli ittihamdır – Emin
Tarix: 11-07-2018, 10:39



ABŞ-dakı seçkinin nəticələrinə heç vaxt təsir etməyə cəhd göstərməmişəm.
Kult.az xəbər verir ki, bunu “Vice Nyus” televiziyasına açıqlamasında müğənni Emin Ağalarov deyib.
“Məni ABŞ-dakı seçkiyə müdaxilədə ittiham edirlər. Məni - Azərbaycandan olan və Moskvada yaşayan oğlanı... Bu, kifayət qədər qəribə və gülməli ittihamdır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ-da bir sıra siyasətçilər Trampı Rusiya ilə əlaqələrdə ittiham ediblər. Onlar bu əlaqənin xüsusilə Ağalarovların vasitəsilə qurulduğunu iddia ediblər.
Ağalarovlar bu ittihamları rədd edib.

Paylaş: