Sevdadan ərinə etiraf: "Canımın yarısı, səni çox sevirəm" FOTO
Tarix: 27-07-2017, 12:52


Müğənni Sevda Sanəliyeva həyat yoldaşı Cəmili ad günü münasibətilə təbrik edib.

Ulduzumsan.Az-ın məlumatına görə, ifaçı həyat yoldaşı ilə birlikdə olan fotosunu "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri qeyd edib: "Canım, əvəzolunmazım... Bu gün sənin dünyaya gəldiyin gündür. Bunun üçün Allaha minnətdaram. Nə yaxşı ki anan səni dünyaya gətirib, Allah da səni mənə yazıb. Canımın yarısı, səni çox sevirəm. Övladlarımın və mənim atam... Ad günün mübarək olsun, birdənəm. Şükür, bu yaşı da sağlam və bir yerdə qeyd edirik. Sənə arzum budur ki, son nəfəsinə qədər məni belə sevəsən. Ömür-gün yoldaşım, bir yerdə qocalaq”.
Qeyd edək ki, bu, S.Sanəliyevanın ikinci evliliyidir. Səntçinin bir qız, bir oğlan övladı var.





Paylaş: