Castin Biber açıqladı: “Heyli ilə evlənirəm”
Tarix: 10-07-2018, 10:06



Kanadalı müğənni Castin Biber məşhur model və aparıcı Heyli Bolduinlə nişanlandığı barədə xəbəri şərh edib.
“Ölkə.Az” xəbər verir ki, Castin həyatının sevgisini tapdığını deyib.
Müğənni İnstaqram səhifəsində Heyli ilə fotosunun altına bu cümlələri yazıb:
“Nəsə demək üçün bir az gözləmək istəyirdim, xəbərlər elə sürətlə yayılır ki. Dinlə Heyli, hər şey sadə və aydındır, mən səni və sənlə bağlı olan hər şeyi çox sevirəm. Mənim qəlbim sənindir. Hər zaman mənim üçün birinci yerdəsən. Sən həyatımın sevgisisən Heyli!”
Castin qeyd edib ki, kiçik bacı və qardaşları stabil və sağlam nikah görəcəklər və özləri də buna doğru can atacaqlar.




Paylaş: