Məşhur modelin uşağını əmizdirərkən verdiyi poza gündəm oldu
Tarix: 9-07-2018, 17:31



Dünyaca məşhur model Krissi Teyqen qısa müddət öncə ikinci uşağını dünyaya gətirib. Gözəl model həyatının hər anını izləyiciləri ilə paylaşması ilə seçilir.
Belə ki, Teyqen, uşağı Mayls ilə birlikdə böyük qızının oyuncağını da əmizdirərkən çəkilən fotosunu “Luna oyuncağını da əmizdirməyimi istədi. Deyəsən indi mənim əkizlərim var” şərhi ilə “Instagram” hesabından paylaşıb.
Lakin 32 yaşlı cazibədar modelin bu paylaşımı izləyicilərinin sərt reaksiya verməsinə səbəb olub. Belə ki, bir çox izləyicisi fotoya “modelləri bəyənirik. Uşaq dünyaya gətirmək və cinsi həyat təbii şeylərdir. Amma bu o demək deyil ki, biz onları uşaq əmizdirərkən və ya duş qəbul edərkən görməliyik” kimi şərhlər yazıb.


Paylaş: