Həsənağa Sadıqovun səhhəti ağırlaşıb - “Həkimlər deyib ki, aparın evinə"
Tarix: 9-07-2018, 12:00



Bir neçə musiqi alətlərinin mahif ifaçısı kimi tanınan əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun səhhəti ağırlaşıb.
Bu barədə AzNews.az-a jurnalist Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, həkimlər Həsənağa Sadıqovun xəstəxanadan evə aparılmasını məsləhət görüb:
“Artıq qaraciyər funksiyasını itirib. Bakıda xəstəxanada idi. Həkimlər deyib ki, aparın evinə. Dünən getdim ki, ona baş çəkim. Amma görüşə bilmədim, iynə vurmuşdular deyə yatırdı”.



image description




Paylaş: