Nura Suridən qadağa: “Verilişlərdə adım hallanmasın”
Tarix: 9-07-2018, 10:20



Müğənni Nura Suri yerli maqazin verilişlərinə qadağa qoyub.
Primetime.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib. O bundan sonra heç bir verilişlərə müsahibə verməyəcəyini bildirib:
“Bundan sonra bütün maqazin verilişlərinə qadağa qoyuram və onlara müsahibə verməyəcəm. Əgər özüm yoxamsa,  verilişlərdə adım hallanmasın. Təzə dəb düşüb, gündəmə gəlmək istəyən kiməsə söz atır. Hər yerindən duran adımı hallandırıb reklam olunmasın. Sözü ümumi deyirəm, yiyəsi götürür və  ad çəkmirəm. Əgər kim isə anında reaksiya verirsə , deməli, elə deyilənlər ünvanına çatıb. İllərlə efir üzünə həsrət qalanlar, kamera görən kimi özlərini yekə-yekə aparırlar. Elə bil alçaq dağlar bunlar yaradıb. Sözdə hamı özünü kosmonavt, balerina görə bilər. Xəstəxanada da o qədər Napoleon, Nefertiti var ki!””.

Paylaş: