Elzanın yoxa çıxan atası barədə canlı yayımda aldığı xəbər onu AĞLATDI
Tarix: 7-07-2018, 17:57



Dünən "5/5"-də qonaq olan əməkdar artist Elza Seyidcahan 50 yaşını göz yaşı içində qeyd edib.

Milli.Az xəbər verir ki, aparıcı Zaurun Elzaya atası barədə verdiyi məlumat bəstəkarın göz yaşlarına səbəb olub.

Zaur əməkdar artistin interpola verdikləri atasının sağ, lakin ağır xəstə olduğu xəbərini verib. Elza bu xəbəri alanda göz yaşlarını saxlaya bilməyib. Əməkdar artist "Zaur, bu xəbər yalan olsa, şou xatirinə olsa, səni heç vaxt bağışlamayacam" deyib.

Aparıcı Elzaya atasının Rusiyada başqa qadından iki oğlu olduğunu da sözlərinə əlavə edib.

Qeyd edək ki, Elzagil ailədə 4 bacı olublar. Atası ailəsini tərk edərək Rusiyaya gedib. O vaxtdan atasını axtardığını bildirən Elza bu zamana kimi ondan xəbər ala bilmədiyini deyib.

VİDEO BURADA​​​

Paylaş: