Baloğlan Əşrəfovun solo konserti olacaq
Tarix: 7-07-2018, 15:18



Əməkdar artist Baloğlan Əşrəfov solo konsert verməyə hazırlaşır.
 Bu barədə "Ölkə.Az"a sənətçinin özü məlumat verib:
"Təşkilatçı təklif etdi ki, konsertinizi təşkil edək. Dedim ki, mənim heç nəylə işim olmayacaq. Yalnız konsertə hazırlaşacağam və mahnılarımı oxuyacağam".
Əməkdar artist qonorar məsələsinə də toxunub:
"Heç vaxt qonorarsız konsert verməmişəm. Bu dəfə də normal məbləğ demişəm, amma dəqiq rəqəmi açıqlamaq istəmirəm".
Qeyd edək ki, Baloğlan Əşrəfovun konserti sentyabr ayında Yaşıl Teatrda baş tutacaq.

Paylaş: