Azərbaycanlı müğənni 6000-lik saatını Zaura bağışladı
Tarix: 6-07-2018, 12:20



Müğənni Rüfət Axundov "5/5” verilişində aparıcı Zaur Kamala saatını bağışlayıb. 

Unikal.org-un məlumatına görə, sənətçi qaşlı göy ayaqqabısı və qolundakı saatı ilə diqqət çəkib.

Aparıcı Zaur Kamal Rüfətin saatını çox bəyəndiyini söyləyib. İfaçı qolundakı saatı çıxarıb aparıcıya hədiyyə edib.

Zaur saatın 6 min qiyməti olduğunu söyləyib. Rüfət isə qiyməti açıqlamaq istəməyib və "Bəy verən atın dişinə baxmazlar" sözlərini deyib.



Paylaş: