Hamilə Rəqsanəyə həkim qadağa qoydu
Tarix: 5-07-2018, 16:35



5 aylıq hamilə olan müğənni Rəqsanə İsmayılovaya həkim qadağa qoyub.
Musavat.com xəbər verir ki, ifaçı bu barədə qızı Aysun İsmayılovanın klip təqdimatında deyib.  
Tədbirə gələ bilməyən və “Skype” vasitəsilə  zəng edən İsmayılova kövrəlib: “Demişdim ki, ağlamayacağam, yenə də kövrəldim. Hamiləliyimin 5-ci ayındayam, həkim qadağa qoyduğu üçün gələ bilmədim. Çox həyəcanlıyam. Qızımın arxasındayam. Düzdür, onun müğənni olmasını istəmirdim. Amma bu yolu seçdisə, dəstəyəm”.
Müğənni payızda konsert verəcəyinin də anonsunu verib: “Avqustda Bakıya gələcəyəm. Sentyabr-oktyabr ayında konsertim olacaq. Ondan əvvəl media nümayəndələri ilə bir araya gələcəyəm. Qızımın yanında olduğunuz üçün hamıya təşəkkür edirəm”.

Paylaş: