Dilarəni soyunduğuna görə canlı yayımda biabır etdilər: “Özünü açıb buraxmısan”
Tarix: 5-07-2018, 11:51



Prodüser Tolik canlı yayımda müğənni Dilarə Kazımovanı utandırıb.
Yenicag.az xəbər verir ki, Tolik Dilarədən niyə birdən-birə açıq-saçıq fotosessiyalar etdirdiyini soruşub:
“Mən səni tanıyırdım, “Eurovision” müsabiqəsi zamanı yemək yeyəndə belə utanırdın. Amma sonradan dəyişdin. İki ay deyildi boşandığın, soyundun. Niyə belə elədin? Yemək yeyəndə utanırsan, amma kamera görəndə özünü açıb buraxırsan”.
Dilarə indi də utancaq olduğunu, lakin səhnəyə çıxanda utanmadığını bildirib.
Verilişdə qonaq olan müğənni Nura Suri isə Kazımovanı müdafiə edib:
“O, sənət adamıdır. Həm də Dilarənin vücudu gözəl olduğu üçün vulqar görünmür”.
“Hər şey daxil” verilişindən həmin görüntüləri təqdim edirik:

VİDEO BURADA​​​

Paylaş: