KVN-çi intihar etdi
Tarix: 5-07-2018, 10:04



Rusiyanın KVN-çisi intihar edib.
 
Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, KVN-nin Şimali Osetiya komandasının üzvü Aslan Alborovun intihar etdiyi deyilir.
 
KVN teatrının direktoru Soslan Pliyev məsələ haqda öz Facebook səhifəsində yazıb:
 
“Aslan özünü öldürdü. O, arxasında heç bir intihar məktubu buraxmadı. Heç kim – nə dostları, nə qohumları, nə də kollektiv onun bu dəhşətli addımı nəyə görə atmasını bilmir”.
 
Xatırladaq ki, KVN-çinin 33 yaşı vardı.

Paylaş: