Emin Ağalarov Bakıda dünya ulduzu ilə bir arada
Tarix: 26-07-2017, 15:15



Dünyaca məşhur “Rammstein” rok-qrupunun solisti Tim Lindemann Bakıya gəlib.

Ulduzumsan.Az-ın məlumatına görə, Timlə görüntüsünü müğənni-bəstəkar Emin Ağalarov "İnstagram" səhifəsində paylaşıb.

Lindemann Eminin sahibi olduğu “Sea Breeze” istirahət mərkəzində qalır. O, Bakıda keçiriləcək “Jara” festivalına qatılacaq.

Qeyd edək ki, "Jara" festivalı iyulun 27-də başlayacaq və 30-na kimi davam edəcək. Festival çərçivəsində Rusiyanın və Azərbaycanın tanınmış müğənniləri konsert verəcəklər.

Paylaş: