"Buna görə efirlərə çıxmaq istəmirəm" - Yaşar Cəlilov
Tarix: 28-06-2018, 18:25



Bu gün Lider televiziyasında yayımlanan "7 Gün" verlişinin qonağı tanınmış ifaçı Yaşar Cəlilov olub.

İfaçı bayağı mahnılar edən müğənnilərin efirlərə dəvət olunmasından şikayətlənib:

"Mən açıq etiraf edirəm ki, televiziyalara az baxıram. Ancaq öz kanallarımıza baxıram. Görürəm, hər hansı bir aparıcı bayağı mahnı ifa edən müğənnini dəvət edir, bəh-bəhlə, ağız dolusu təriflər yağdırır. Növbəti gün eyni verlişə əməkdar artisti, təhsil almış müğənnini dəvət edib, yenə də həmin təriflərlə musiqiyə və ifaçıya qiymət verir. Bu nə dərəcədə doğrudur?! Onlar arasında fərq nədir?! Adam buna görə də efirə çıxmaq istəmir"

Qeyd edək ki, "7 Gün" verlişi hər səhər canlı olaraq Lider televiziyasında aparıcılar Könül Muxtarovanın və Arzu Həmzəyevanın təqdimatında yayımlanır. Verilişin informasiya dəstəkçisi BiG.AZ saytıdır.

Verlişdən sözügedən görüntüləri təqdim edirik: ​VİDEO BURADA​​​

Paylaş: