Məşhur modelin cazibədar rəqsi olay oldu
Tarix: 28-06-2018, 16:44



Model, aktrisa və dizayner Emily Ratajkovski leopar naxışlı bikinisi və cəzibədar rəqsi ilə sosial şəbəkədə gündəm olub.
Metbuat.az xəbər verir ki, 27 yaşlı gözəl model çərşənbə axşamı günü dəniz kənarında çəkilmiş qısa bir video paylaşıb.
İzləyicilərini heyran qoyan modelin videosu qısa müddətdə 4.5 milyon dəfə izlənib. Emily Ratajkovskinin “İnstagram”da 18.1 milyon izləyici var. Amerikalı model öz dizaynlarını təqdim etdiyi “İnamorata Swim” markasını keçən il qurmuşdu.

VİDEO BU MƏTNDƏ​​​

Paylaş: