Nazənin məhkəmədən tələb etdi: “Təranə Qumrala ciddi cəza verilməlidir”
Tarix: 28-06-2018, 15:20



Müğənnilər Təranə Qumral və Nazənin arasında gedən məhkəmə qalmaqalı səngimək bilmir. Belə ki, həmkarının Bakı Apellyasiya Məhkəməsinin iki qərarını icra etmədiyini görən Nazənin Nərimanov Rayon Məhkəməsinin hüquq şurasının sədrinə müraciət edib.
Bu barədə müğənni musavat.com-a açıqlamasında bildirib: “Mən və həyat yoldaşım Məhəbbət Həsənovdan üzr istəmə və təkzib vermə barədə Bakı Apellyasiya Məhkəməsinin iki qərarını qərəzli olaraq icra etməyən müğənni Təranə Qumral barəsində Ədliyyə Nazirliyinin İstintaq İdarəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və toplanmış materiallar baxılması üçün bu ilin aprel ayında Nərimanov Rayon Məhkəməsinə təqdim edilib. Təqsirli şəxs Təranə Qumral məhkəmədə çıxış edərək açıq aşkar bildirir ki, məhkəmə qərarlarını icra etməyəcək. Həmçinin televiziya kanallarında da bu fikri ifadə edir. Məhkəmə isə bu fikri səsləndirənə qarşı humanist addım atır. Məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədovdan xahiş edirəm ki, müraciətimi nəzarətə götürsün və ictimaiyyət arasında məhkəmə qərarını icra etməyən şəxsə cəza verilməyəcəyini bildirən Təranə Qumralın barəsində ciddi cəza tətbiq edilsin”.
Qeyd edək ki, bir neçə gün öncə Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası keçirilmişdi. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib və məhkəmənin növbəti iclası iyulun 2-nə təyin edilib.
Xatırladaq ki, müğənnilər arasında qalmaqal  hazırda bağlanmış ANS TV-nin “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək, T.Qumrala “Səni ərimlə tutdum” deyib.
T.Qumral isə öz növbəsində N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib. Nazənin məhkəmədə həyat yoldaşının müğənni T.Qumralla intim münasibətinin olduğunu sübut edib.
Məhkəmənin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir.
Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş: