Həmidə Ömərovanın ailəsində ağır itki
Tarix: 28-06-2018, 11:47



Xalq artisti Həmidə Ömərovanın ailəsində ağır itki baş verib.
Aktrisanın analığı dünyasını dəyişib. H.Ömərova bu haqda özü xəbər verib.
 O, “Yubileyinə hazırlaşırdıq… Sudabə ana, bacı-qardaşlarımın anası, mənim ikinci anam. Gülərüz, xoşxasiyyətli, təvazökar, mehriban anamız. Arzumuz ürəyimizdə qaldı. İkinci anam, atamın ikinci ailəsinin ömür-gün yoldaşı. Ən əsası gözəl insan. Anam rəhmətlikdən sonra arxa-dayaq bildiyim ikinci anam” sözlərini qeyd edib.
Qeyd edək ki, mərhum H.Ömərovanın atasının ikinci həyat yoldaşıdır.
//Axşam.az

Paylaş: