“Uşaq üstümə qaçanda anlayıram ki, babayam”
Tarix: 27-06-2018, 15:58



ARB Ulduz-un “Virtual həyat” verilişinin növbəti qonağı olan müğənni Nazim Pişyari maraqlı açıqlamalar verib.
Yeni mahnılar yazdırıb, ilk solo konsertinə hazırlaşan müğənni, nəhayət ki, sevənləri önündə böyük bir hesabat proqramı ilə çıxış edəcək:
“Yeni mahnılar üzərində iş gedir. Çünki mənim yaxın zamanlarda solo konsertim olacaq. Nəhayət ki, ilk solo konsertim baş tutacaq. Konsertə ciddi hazırlaşıram. Təsəvvür edin, 50 yaşıma çatmışam və mən heç vaxt solo konsert verməmişəm. Bu, hesabat xarakteri daşıyacaq. Doğum günüm avqust ayının 26-sıdır. Konserti isə sentyabr ayının sonu, oktyabrın əvvəllərinə planlaşdırıram”.
Faytonçu Nazim nəvəsinin dünyaya gəldiyini mediyadan gizlətsə də, ilk dəfə bu haqda “Şou məkan”a danışdı:
“Nəvəm artıq beş aylıqdır. Baba statusunu hələ anlaya bilmirəm. Yəqin ki uşaq üstümə qaçanda anlayaram ki, babayam və bu da mənim nəvəmdir”.



Paylaş: