Nazənin Şəbnəm Tovuzludan Təranə Qumrala görə küsdü?
Tarix: 26-06-2018, 14:33



Müğənni Nazənin Şəbnəm Tovuzludan Təranə Qumrala görə küsüb.
"Ölkə.Az" xəbər verir ki, Şəbnəm Tovuzlu avtomobildə Təranə Qumral və Musa Musayevin "Sevənlər inciməsin" mahnısını dinləyərək, eyni zamanda ifa edib. Şəbnəm Tovuzlunun bu davranışının digər müğənni dostu Nazənin tərəfindən xoş qarşılanmadığı və ondan küsdüyü ortaya çıxıb.
Çünki dünən Şəbnəm Tovuzlu öz şəxsi İnstagram hesabında Nazənin xanıma üzrxahlıq sözləri yazaraq onu bağışlamasını istəyib:
"Mən yatsam yuxuma girməzdi ki, Nazənin xanımın xətrinə dəyərəm. Bilmədən səhv addım atmışam, onun qəlbinə dəymişəm. Küsdürdüyüm üçün hamının içində üzr istəyirəm".





Daha sonra Şəbnəm Tovuzlu commetdə fan səhifə izləyicilərini həmin videonu paylaşmaqda günahlandırıb.



Paylaş: