Məşhur aktrisa 54 yaşında ana olub
Tarix: 25-06-2018, 10:57



“Kürən Sonya”  fentezi-döyüş filmində eyniadlı qəhrəmanı canlandıran danimarkalı aktrisa 54 yaşlı Briqqita Nilsen 5-ci övladını dünyaya gətirib.
 
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, uşağın atası 39 yaşlı Mattia Dessidir. Bu Nilsenin 5 ci rəsmi nikahıdır. Aktrisanın ikinci əri Silvester Stallone idi.
 
Nilsen yeni doğulmuş qızının adını Frida qoyub.

Paylaş: