Zaur Hacı Nuranı ziyarət etdi: "Çox üzgünəm..."
Tarix: 22-06-2018, 17:09



Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın tanınmış aparıcısı, "Həyat" Fondunun rəhbəri Hacı Nuran Hüseynov xəstəxanaya yerləşdirilib. 

BiG.AZ xəbər verir ki, aparıcını ziyarət edən həmkarları arasında Zaur Baxşəliyev də yer alıb. O, Hacı Nuranla fotosunu sosial şəbəkədə paylaşaraq Allahdan ona şəfa diləyib:

"Mənim canım, ürəyim, nəfəsim, Hacı Nuran. Allah sizi qorusun, çox üzgünəm sizin səhhətinizlə bağlı yaşadıqlarınıza. Allaha şükür yaxşısınız, gəldim, gördüm, ürəyim sakitləşdi. 20 ildən çoxdur insanlara həyat verən, can qurtaran insan, Allah da sizin canınızı qorusun! Allah sizi bizə çox görməsin".

Qeyd edək ki, bu gün analizlərin nəticəsi açıqlanıb və aparıcının ağciyərində onkoloji şiş tapılıb.

Paylaş: