Brilyant Dadaşova İlhamədən danışdı, ADINI ÇƏKMƏDİ
Tarix: 22-06-2018, 14:58



Xalq artisti Brilyant Dadaşova "Space" telekanalında Kamran Həsənlinin aparıcısı olduğu "Onda başladıq" verilişində maraqlı açıqlamalar verib.
"Ölkə.Az"-ın məlumatına görə, sənətkar bildirib ki, yaxşı musiqini oxumaq üçün icazə almaq lazım deyil:
"Əgər musiqi yaxşıdırsa, neçə müğənni oxuyur, oxusun. Bu yaxınlarda Sevda Yəhyaveva mənə zəng vurdu ki, filan mahnını oxumaq istəyirəm, razılıq verdim. Bəzi sənətçilər buna halallıq almaq deyirlər. Axı musiqidə nə halallıq? Bəstəkarlarımızın əsərləri oxunmalı və yaşamalıdır. Bu ənənəni bir nəfər qoymuşdu, indi vəfat edib, adını çəkmək istəmirəm. Bir daha deyirəm ki, mahnını oxumaq üçün icazə almaq lazım deyil".
Qeyd edək ki, İ.Quliyeva ilk ifaçısı olduğu Fikrət Əmirovun "De görüm, neyləmişəm?" mahnısını Brilyant Dadaşovanın oxumasına sərt reaksiya vermişdi.

Paylaş: