Xalq artistinin səhhətində problem yarandı - Türkiyədə gizlin müalicə olunur
Tarix: 25-07-2017, 16:25


Xalq artisti Yalçın Rzazadənin səhhətində problemlər yaranıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, dərdinə Bakıda çarə tapmayan sənətkar Türkiyəyə üz tutub. O, iki həftədən çoxdur ki, xəstəxanalarin birində ayağına görə müalicə olunur.
Xəbəri təsdiqləyən xalq artistinin xanımı bunları dedi:
“Bəli, Yalçın müəllim müalicəyə gedib. Ayağında problem var. Daha ətraflı məlumatı isə özü Bakıya qayıdandan sonra verəcək”.
Xatırladaq ki, Yalçın Rzazadə 2017-ci ilin əvvəlində telekanalların birində pilləkəndən yıxılıb. Sənətkarın ayağı ciddi zədə aldığından bir neçə ay gibsdə qalsa da, problem aradan qalxmayıb. Ayağı sınandan sonra dizinə su yığılıb, daha sonra sinirlərdə ağrılar yaranıb.

Paylaş: