Nazilə Səfərlinin ŞOK SƏS YAZISI: "Mən nazir balaları ilə oturub-dururam"
Tarix: 21-06-2018, 17:19



Bu gün Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində maraqlı məqamlar yaşanıb.
GoldNews.az xəbər verir ki, verilişin aparıcısı Xoşqədəm Hidayətqızı şairə Nazilə Səfərlini məhkəməyə verib. Buna səbəb Nazilə Səfərlinin aparıcının ünvanına həqiqəti əks etdirməyən bəyanatlar verməsi olub. Belə ki, şairə saytlardan birinə verdiyi açıqlamada bildirib ki, Xoşqədəm Hidayətqızı ondan qisas alır:
"Xoşqədəm hələ də həzm edə bilmir ki, ərim keçmişdə onu yox, məni seçdi və mənimlə ailə qurdu. Bu məsələlərə görə hələ də mənimlə düşmənçilik aparır. Qardaşımın keçmiş həyat yoldaşını öyrədir və mənə qarşı açıqlamalar verir".
Bu gün canlı efirdə Xoşqədəm Hidayətqızı şairəni ona böhtan atdığı üçün məhkəməyə verdiyini açıqlayıb. Bundan başqa aparıcı, onda Nazilə Səfərliyə məxsus səs yazısı olduğunu qeyd edib:
"Nazilə Səfərli səs yazısında belə deyir: "Mən nazir balaları və bir çox tanınmış vəzifəli şəxslərin övladları ilə oturub - dururam, əlim uzundur".
Qeyd edək ki, Nazilə Səfərlinin qardaşının keçmiş arvadı kömək üçün verilişə müraciət edib. Bundan sonra aparıcı və şairə arasında qalmqal baş qaldırıb.

VİDEO BURADA​​​

Paylaş: