Bred Pitt Ancelinaya uşaqlarla bağlı qadağa qoydu
Tarix: 21-06-2018, 16:28



2 il əvvəl boşanmaq üçün prossesə başlayan məşhur cütlük Ancelina Coli və Bred Pittin məhkəməsi hələ də davam edir. Buna səbəb isə uşaqlarının qəyyumluq məsələsi haqqında razılığa gələ bilməmələridir.
Belə ki, hər iki valideyn arasında olan fikir ayrılığı, Ancelinanın “Malefisent 2” filminin çəkilişində də əks olunub. Coli, “Yatmış gözəl” cizgi filminin davamında  12 yaşlı qızı Şayla və 10 yaşlı oğlu Noks ilə birlikdə çəkilmək istəyib. Lakin Bred Pitt buna icazə verməyib.
Buna səbəb isə Londonda çəkilişdə olan Ancelinanın planlarının dəyişərək uşaqları ataları ilə Los-Ancelesə qayıtmağa qoymaması olub.
Məlumat üçün bildirək ki, cütlüyün 10 yaşlı qızları Vivien, 2014-cü ildə yayımlanan filmin ilk seriyasında rol almışdı.

Paylaş: