Emil Bədəlov yeni seriala çəkilir
Tarix: 25-07-2017, 15:43



Müğənni Emil Bədəlov yeni seriala çəkilir. 

Ulduzumsan.Az-ın məlumatına görə, ifaçı “Lal yuxu” adlı yeni serialda rol alacaq.
“Oksimed” şirkəti tərəfindən lentə alınan ekran işi “Xəzər” telekanalında yayımlanacaq. Bu haqda filmin baş rol ifaçılarından olan rəqqasə Oksana Rəsulova deyib.
Film yeni mövsümdə ekrana gedəcək.
Qeyd edək ki, Emil bundan əvvəl “Mən evə qayıdıram” filmində rol alıb.

Paylaş: