Ajda Pekkan bir ailəni dağıtdı — Məhkəmə qərarı
Tarix: 21-06-2018, 12:44



Türkiyə məhkəməsi məşhur müğənni Ajda Pekkan haqqında qərar verib.
“Ölkə.Az” xəbər verir ki, evli olan Bülent Çavuş özündən 22 yaş böyük Ajda ilə sevgili olub. Onun xanımı Tuğçe isə bu münasibəti öyrəndikdən sonra 2014-cü ildə Bülentdən boşanıb.
Cütlük 2006-cı ildə evlənib. 2008-ci ildə Efe Paşa adlı oğul övladı dünyaya gəlib. Tuğçe 2011-ci ildə ərinin Ajda Pekkan ilə görüşdüyünü iddia edərək məhkəməyə müraciət edib.
Cütlük 2014-cü ilin dekabr ayında boşanmışdı. Amma xəyanətlə üzləşən Tuğçe məsələni məhkəməyə qədər aparıb. Məhkəmə isə Bülentin xəyanət etdiyinə qərar verdi və boşanmanı xəyanətlə bağladı.

Paylaş: