Arda Turan 4 aylıq hamilə həyat yoldaşı ilə ilk dəfə kamera qarşısına çıxdı
Tarix: 21-06-2018, 12:29



Arda Turan hamilə həyat yoldaşı ilə birlikdə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Türkiyə milli futbol komandasının keçmiş qapıçısı Volkan Dəmirəlin toyu olub. Futbolçu aparıcı sevgilisi Hilal Özdəmir ilə evlənib.
Çırağan Sarayındakı toya qatılanlar arasında Arda Turan ilə həyat yoldaşı Aslıhan Doğan da olub. Aslıhan Doğan hamiləlik xəbərləri yayıldıqdan sonra ilk dəfə əri ilə fotoqraflar qarşısına çıxaraq poza verib.
4 aylıq hamilə olan Aslıhanın böyümüş qarnı diqqət çəkib. O, hamilə olmasına baxmayaraq, dikdaban ayaqqabılara üstünlük verib.
Qeyd edək ki, cütlüyün dünyaya gələcək körpələrinin cinsiyyəti oğlandır.








Paylaş: